AZ

"KTMT-nin BMT ilə əməkdaşlığı Rusiya üçün önəmlidir" — AÇIQLAMA

 Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq barədə qətnamə qəbul edilib. Sənəddə qeyd olunub ki, KTMT regional təhlükəsizlik və sabitlik sistemini möhkəmləndirmək, terrorizmə və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotik və silahların qanunsuz dövriyyəsi, nizamsız miqrasiya və insan alverinə qarşı mübarizəyə töhfə verir. BMT ilə əməkdaşlıq KTMT-yə nə qazandıracaq?

Politoloq Əhəd Məmmədli bu barədə fikirlərini Demokrat.az-a açıqlayıb.

O qeyd edib ki, bu əməkdaşlıq daha çox Rusiyaya fayda verəcək:

“KTMT-nin üzvlərindən biri Rusiyadır. Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu beynəlxalq aləmdən təcrid etmək  istəyir. BMT ilə əməkdaşlıq KTMT-yə lazımdır. İndi Rusiyanın təcrid olunduğu bir dövrdə KTMT-nin BMT ilə əməkdaşlığı Rusiya üçün xüsusi önəm daşıyır. Bu da daxili auditoriyaya göstərmək üçündür. Göstərmək istəyirlər ki, hamı bizimlə hesablaşır. Sanksiyalar Rusiya üçün uğursuz nəticələndi. Korrupsiya, qanunsuz silah dövriyəsi, təhlükəsizlik, miqrantlarla bağlı çağırışlar hamısı təbliğat xarakteri daşıyır. Dünyanın silah satan aparıcı ölkələri elə BMT-nin beş əsas üzvüdür”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
11
demokrat.az

1Mənbələr