AZ

Ermənistanda Avropa İttifaqına üzvlük üçün toplanan imzalar yoxlanılır

Noyabrın 19-da Ermənistan Mərkəzi Seçki Komissiyası vətəndaş təşəbbüsü (“Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında”) tərəfindən təqdim edilmiş imzaların yoxlanılması prosesinə başlayıb.

AzNews.az tarixi Azərbaycan şəhəri İrəvanda fəaliyyət göstərən NEWS.am saytına istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının 9 aprel tarixli qərarına əsasən, imzaların toplanması üçün xüsusi formada tərtib olunmuş vərəqlərdən istifadə olunub: "Məlumatlar tam və dolğun olduqda etibarlı sayılır. Vətəndaşın məlumatları təkrarlanırsa, həmin vətəndaşın yalnız bir imzası nəzərə alınır".

MSK təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin ərizəsini və imzalanmış blankları aldıqdan sonra bir ay müddətində imzaların etibarlılığını yoxlamalıdır.

Seçilən
36
aznews.az

1Mənbələr