Bakı. Trend:
Çin Silahlı Qüvvələrinin qərb döyüş komandanlığı öz hərbçilərininoyabrın sonundan dekabrın ortalarına qədər davam edəcək terrorəleyhinə birgə təlimlərdə iştirak etmək üçün Pakistanagöndərəcək.
Trend xarici KİV-ə istinadənxəbər verir ki, bu barədə ÇXR Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Warrior-VIII” adlı təlimlər zamanı tərəflərçoxprofilli bölmələrin iştirakı ilə qarışıq manevrlər keçirəcək,həmçinin real döyüş prosesinə uyğun olan təlimlərdə iştirakedəcəklər.
İndiyədək hər iki ölkənin hərbçiləri yeddi analoji təlimkeçiriblər. Bu təlimlərin məqsədi təcrübə mübadiləsi, əməkdaşlığıngücləndirilməsi və dərinləşdirilməsi, həmçinin müştərəkəməliyyatlar üçün potensialı artırmaq olub.
Qeyd edək ki, Pakistan ilə Çininin sonuncu birgə antiterrortəlimi 2019-cu ildə baş tutub.