İtaliyanın "Cenoa" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alberto Cilardino A Seriyası klubundan ayrılıb. Genuya təmsilçisi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
42 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından "Cenoa" komandasına rəhbərlik edirdi.
Tanınmış insayder Fabritsio Romano Cilardinonu Fransa "Strasburq"unun sabiq çalışdırıcısı Patrik Vieyranın əvəzləyicisini xəbər verib. Mənbə Vieyranın Genuya təmsilçisində bu həftə fəaliyyətə başlayacağını vurğulayıb.
Hazırda “Cenoa” A Seriyasında 17-ci yerdədir.
Mirağa