Almaniyanın xarici işlər naziri Analena Berbokun Ermənistana səfəri başlayıb.
Modern.az xəbər verir ki, o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Müzakirələrdə ikitərəfli və regional məsələlərin gündəmdə olduğu qeyd edilir.
Qeyd edək ki, Berbok daha sonra Bakıya səfər edəcək.