AZ

"Baku Steel Company CJSC" işçi axtarır - VAKANSİYA

Baku Steel Company CJSC

Tədbirlərin təşkili üzrə mütəxəssis

Son tarix 16 dek 2024 - [email protected]

İşin təsviri:

  • Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin təşkil edilməsini, rəhbərlik tərəfindən keçirilən müşavirələrdə, iclaslarda, tədbirlərdə, görüşlərdə və rəsmi qəbullarda texniki və təşkilatı işlərin həyata keçirilməsini;
  • Ümumi qəbul olunmuş protokol qaydalarına, beynəlxalq təcrübəyə və milli adət ənənələrə və əsaslanan protokol xidmətinin həyata keçirilməsini;
  • Qonaqların qarşılanmasını, müşayiət edilməsini, yola salınmasını;
  • Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsasən masada protokol xidmətinin icrasını;
  • Cəmiyyət rəhbərliyinin iştirak etməsi nəzərdə tutulmuş tədbirlərə və səfərlərə hazırlıq işlərinin aparılması və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətinin icra edilməsini və bununla bağlı digər işlərin həyata keçirilməsini;
  • Dəvət olunan qonaqların zərurəti yarandıqda səfərlərinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini;
  • Cəmiyyətin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsində əlaqələndirmə və bu sahədə onlara lazımi yardımın göstərilməsi;
  • Sənədlərin imzalanması mərasimləri zamanı assistentlik və digər protokol xidmətlərinin icra edilməsini;
  • Daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarının cavablandırılmasını;
  • Gələn qonaqlar tərəfindən Cəmiyyət rəhbərliyinə təqdim olunan xatirə və protokol hədiyyələrinin qeydiyyatının aparılmasını və lazımi qaydada saxlanılmasını;
  • Xarici qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələrin hazırlanmasını;
  • Dövlət bayramları və mərasimlər zamanı Cəmiyyət rəhbərliyinin başçılığı ilə Cəmiyyət əməkdaşlarının Şəhidlər Xiyabanına və Fəxri Xiyabana ziyarətini təşkil edilməsini;

Bilməlidir: 

  • Vəzifə təlimatını və beynəlxalq təcrübəyə, milli adət ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarını;
  • İşgüzar etiket standartlarını və qaydalarını; 
  • Təşkilatı inzibati sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını; 
  • İşində tələb olunan kompüter proqramlarını;
  • Ofis avadanlığından istifadə qaydalarını;

Tələblər:

  • Ali təhsil (bakalavr səviyyəsində);
  • Beynəlxalq münasibətlər, Protokol, tədbirlərin təşkili sahələri üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilmək;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • Xarici dillərin biliyi (İngilis və Rus).
Seçilən
14
fed.az

1Mənbələr