Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlayır.
Turkustan.az xəbər verir ki, "RİA Novosti"-nin məlumatına görə bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. O deyib ki, Fransa Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırladığı üçün Ukrayna münaqişəsində birbaşa iştirak edir: “Fransada Ukrayna hərbçiləri bütöv bir hücum briqadası hazırlayır. Yəni Fransa bilavasitə hərbi əməliyyatlarda iştirak edirlər”
Lavrovun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Rusiya üzərində qələbə çalınmasını istəyən Ukraynanın ən böyük tərəfdaşıdır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi iləbağlı mövqeyini şərh edərkən bildirib ki , müharibəni deyil, sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər.
Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır.
Aytən Yaşar/ Turkustan.az