AZ

2025-ci ildə dünyamızı nə gözləyir? - ŞOK PROQNOZLAR

Mərkəzi ofisi Londonda yerləşən dünyaca məşhur “The Economist” jurnalı ənənəvi gələn ilin mövzuları ilə bağlı proqnozların yer aldığı üz qabığını dərc edib.

Turkustan.az xəbər verir ki, ekspertlər üz qabığında 2025-ci illə bağlı bir sıra "gizli mesajlar" olduğunu düşünür.

Jurnalın ənənəvi nömrəsində ABŞ prezident seçkiləri, bütün dünyada, xüsusən də Avropada seçicilərin gözləntilərinin dəyişməsi, regional müharibələrin daha da genişlənəcəyi proqnozu, immiqrasiya səbəbindən sərhədlərin möhkəmləndirilməsi və səyahət azadlığının məhdudlaşdırılması proqnozları yer alıb.

Jurnalın “fantastik” proqnozu isə yeni bir pandemiya və ya dağıdıcı günəş fırtınasıdır.

Ekspertlər düşünür ki, jurnal Donald Tramp və Elon Maskın yüksələcəyini gözləyir. Putin, Zelenski və Su Cinpin kimi aktorlar davam edən münaqişələrin və geosiyasi rəqabətin davam edəcəyini göstərir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin fotosunun altındakı çatlamış seçki qutusunun təsviri Avropada yüksələn ifrat sağ küləyin simvoludur.

Nüvə simvolları və raket şəkilləri 2025-ci ildə təhlükəsizlik təhdidləri, hərbi yarış və ya kosmik rəqabətin gündəmdə olacağını nəzərdə tutur.

İqlim dəyişikliyini simvolizə edən qum saatı və yerin şəkilləri ekoloji böhranların kritik həddə çata biləcəyini göstərir.

Üz qabığında fond bazarının göstəriciləri, dollar və yen simvolları dünya iqtisadiyyatında dalğalanmaların və yeni iqtisadi paradiqmaların formalaşa biləcəyinə işarədir. Trampın gəlişi ilə dolların bahalaşacağı gözlənilir.

Qırmızı fonda dünya və içərisində qırmızı maye olan şpris epidemiyanın simvolu ola bilər.

Seçilən
5
2
turkustan.az

3Mənbələr