AZ

Səhraya yağış gəlir - BƏƏ süni intellektlə bulud yaradır

Birləşmiş Ərəb Əmirlikləri ölkə daxilində bulud səpilməsi ilə süni intellektə tapşırıq verərək yağışın səviyyəsini artırmağı planlaşdırır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yağışların Gücləndirilməsi Elmi Tədqiqat Proqramı Əbu-Dabidəki Milli Meteorologiya Mərkəzinin baş qərargahında keçirilən tədbirdə yeni planlarını açıqlayıb.

Qaynarinfo "Time Out Dubai" nəşrinə istinadən xəbər verir ki, BƏƏ-nin planına süni intellektlə (AI) quraq torpaqlar probleminin həlli də daxildir. Dubayda və ölkənin qalan hissəsində gündəmdə olan bulud səpmə texnikasının süni intellekt tərəfindən idarə olunmasına qərar verilib.

Tətbiq buludların içinə hissəciklər yerləşdirərək, yağışın yağmasına səbəb olaraq süni şəkildə yağış istehsal etməyi hədəfləyir. İnkişaf etmiş iqtisadiyyatına baxmayaraq, quraqlıq səbəbindən məhsuldarlıq problemi yaşayan və bir çox məhsulu xaricdən idxal etmək məcburiyyətində qalan BƏƏ-də münbit torpaqlar üçün yağış hələ də ən mühüm vasitədir.

Sempozyumda təqdim olunan brifinqə əsasən, süni zəkanın tətbiq edildiyi sahə əməliyyatları məlumatlandırmaq üçün verilənlərdən istifadə edərək, bulud toxumlama təyyarələrinin ən doğru və effektiv zamanda yerləşdirilməsini təmin etməkdir.

BƏƏ Milli Meteorologiya Mərkəzinin (NCM) baş direktoru və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) prezidenti Dr. Abdulla Əl Mandous da innovativ üsulları quraqlığın həlli kimi qiymətləndirir. NCM-nin mütəxəssisləri qlobal su təhlükəsizliyini təmin etmək üçün daha qeyri-ənənəvi üsulların nəzərdən keçirilməsinin lazım olduğunu deyirlər.

"Arabian Business"ə danışan Mandous deyib: "Qlobal su təhlükəsizliyinə nail olmaq üçün ənənəvi yanaşmalardan daha çox şey tələb olunur. Bunun üçün davamlı innovasiyalar və qabaqcıl, məlumatlara əsaslanan və süni intellektlə dəstəklənən texnologiyaların tətbiqi lazımdır. BƏƏ Yağışların Gücləndirilməsi Elmi Tədqiqat Proqramı vasitəsilə biz bu sahələrə fəal şəkildə sərmayə qoyduq. BƏƏ-nin su təhlükəsizliyi gündəliyi qlobal prioritetlərlə sıx uyğunlaşdırılıb və biz bu sahədə aparıcı rol oynamağa sadiqik. BƏƏ-də biz elmi əməkdaşlığı inkişaf etdirməyə və davamlı su ehtiyatlarına töhfə verən yeni innovasiya yollarının açılmasına sadiqik. İnnovasiya və elmi tədqiqatlar qlobal iqlim problemləri ilə mübarizədə və su təhlükəsizliyinə nail olmaqda mühüm alətlərdir".

Mandousun sözlərinə görə, ölkədə keçirilən Beynəlxalq Yağış Artırma Forumu yağışların artırılması sahəsində ən son elmi və texnoloji nailiyyətləri müzakirə etmək və su qıtlığını həll etmək üçün innovativ həlləri araşdırmaq üçün əsas qlobal platforma olacaq.

Aydın

Seçilən
7
1
qaynarinfo.az

2Mənbələr