"Barselona"nın kapitanı Rafinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “Fichajes”ə istinadən məlumatına görə, braziliyalı forvard ilə "Arsenal" maraqlanır. "Topçular" futbolçu üçün təxminən 75 milyon avro təklif etməyi planlaşdırır.
"Barselona" isə Rafinya ilə 83 milyon avrodan aşağı məbləğə ayrılmağı planlaşdırmır.
27 yaşlı futbolçu bu mövsüm "Barselona"nın lideridir; o, Kataloniya klubunda 17 oyun keçirib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Braziliyalının "blauqrana" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və onun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.