AZ

Çin və Pakistan birgə təlimlər keçirəcək

Çin və Pakistan silahlı qüvvələri birgə hərbi təlimlər keçirəcək.

Viral.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Pakistanda baş tutacaq “Warrior-VIII” adlı təlimlər zamanı tərəflər çoxprofilli bölmələrin iştirakı ilə qarışıq manevrlər keçirəcək, həmçinin real döyüş prosesinə uyğun olan təlimlərdə iştirak edəcəklər.

Son Yazılar:

İndiyədək hər iki ölkənin hərbçiləri yeddi analoji təlim keçiriblər. Bu təlimlərin məqsədi təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi, həmçinin müştərək əməliyyatlar üçün potensialı artırmaq olub.

Qeyd edək ki, Pakistan ilə Çininin sonuncu birgə antiterror təlimi 2019-cu ildə baş tutub.

Seçilən
14
8
viral.az

10Mənbələr