AZ

Ukraynalı məşqçi jurnalistlərlə rus dilində danışmaqdan imtina edib

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov jurnalistlərlə rus dilində ünsiyyətdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novostiyazıb.

Mütəxəssis UEFA Millətlər Liqasının Albaniya ilə səfər oyunu ərəfəsində keçirilən oyunöncəsi mətbuat konfransında iştirak edib.

Görüşün təşkilatçıları tərəfindən təqdim edilən tərcüməçi Rebrovdan onun cavabını rus dilində təkrarlamağı xahiş edib. Mütəxəssis bunu etməkdən imtina etdi.

Qorlovka əsilli Rebrov 2008-2009-cu illərdə Rusiya Premyer Liqasında çıxış edib.

"Rubin Kazan"la birlikdə ölkə çempionu olub.

…Və qeyd edək ki, Albaniyanın B divizionunda Ukrayna ilə oyunu çərşənbə axşamı, noyabrın 19-da Tiranada keçiriləcək. C divizionuna düşməmək üçün ukraynalılara bu görüşdə yalnız qələbə lazımdır.

Əli Babayev

Seçilən
18
sia.az

1Mənbələr