AZ

Bu ölkə Zelenskayanın çıxışına icazə vermədi

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Lyublyana Universitetindəki çıxışı naməlum səbəblərdən ləğv edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Zelenskaya noyabrın 19-da ukraynalı tələbələrə köməklik göstərilməsi ilə bağlı fəaliyyətlərlə tanış olmaq üçün Lyublyana universitetinə səfər edib. Lakin onun Siyasi Elmlər fakültəsindəki çıxışı ləğv olunub.

Bundan bir qədər əvvəl Ukraynanın birinci xanımı Sloveniya prezidenti Nataşa Pirts-Musardın əri Aleslə birlikdə Milli Universitetin Kitabxanasında olub. Bu zaman naməlum şəxs Moskvanın Rusiya-Ukrayna münaqişəsində qalib gəldiyini qışqırmağa başlayıb.

Seçilən
24
unikal.az

1Mənbələr