Argentina millisinin baş məşqçisi Lionel Skaloni millinin hücumçusu və kapitanı Lionel Messinin oyun formasından danışıb.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" 46 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb.
“O [Messi] istirahətə ehtiyacı olsa belə, həmişə oynayır. Şir ili, Amerika Kubokunda da iştirak edən bir çox matçlı oyunçunun ilidir. Onun 100% hazır olması və problemlərlə üzləşməməsi çətindir, bu normaldır. O, zədələnmişdi, lakin ümumilikdə Leo bizə gələndə həmişə yaxşı idi”
Sabah Argentina DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə qarşılaşacaq.