AZ

Ukraynalı nazir: " Azərbaycana minnətdarıq"

"Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır".

Bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk COP29 çərçivəsində Ukrayna pavilyonunda keçirdiyi mətbuat konfransında deyib.

"Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim", - o deyib.

Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.

Mənbə: oxu.az

Seçilən
13
8
oxu.az

10Mənbələr