AZ

Çin Havayı - 2025-ci il üçün ən çox trend olan istiqamətlər

Dünyanın ən böyük turistlər üçün kirayə evləri platforması Booking.com gələn il hansı istiqamətlərin daha çox trend olacağını proqnozlaşdırıb.

Valyuta.az xəbər verir ki, müxtəlif istiqamətlərdə yaşayış yerləri axtarışlarının sayındakı artımı təhlil edən şirkətin son hesabatına görə, hazırda Çinin cənubundakı Haynan adasındakı Sanya şəhərində artan turist marağı müşahidə olunur. 

İlboyu isti iqlimi və təmiz çimərlikləri səbəbindən bu yer tez-tez "Çinin Havayı" adlanır. 20 km-dən çox sahil xətti ilə şəhər səyahətçilərə Yanoda Yağış Meşəsi və Nantian Geotermal İsti Bulaqları da daxil olmaqla, təbii möcüzələrin qarışığını təklif edir.

İkinci yer Adriatik dənizinin sahilində yerləşən Triyest şəhərinə verilib. Buradan qısa müddətdə Xorvatiya və Sloveniya sərhədlərinə çatmaq mümkündür. 

Üçüncü pillədə isə Braziliyanın Xuan Pessoa şəhəri qərarlaşıb. Bu şəhər Cənubi Amerikanın ən şərq nöqtəsində yerləşdiyinə görə "Günəş qapısı" adı ilə tanınır.

2025-ci il üçün ən populyar 10 turizm istiqaməti:

1. Sanya, Çin
2. Triest, İtaliya
3. Xuan Pessoa, Braziliya
4. Tromso, Norveç
5. Uilyemstad, Kürasao
6. Şade, Fransa
7. San Pedro de Atakama, Çili
8. Naha, Okinava, Yaponiya
9. Villajoyosa, İspaniya
10. Hyuston, Texas, ABŞ

Paşa Məmmədli

Seçilən
33
valyuta.az

1Mənbələr