AZ

18 milyon avroya satışa qoyulmuş sarayı heç kim almaq istəmir - FOTO

Venesiyada Böyük Kanalın sahilində yerləşən dəbdəbəli “Ca'Dario” Sarayı bazarda 15 milyon funt-sterlinqə satılsa da, alıcısız qalıb. 

 

Sfera.az bildirir ki, Venesiyada Böyük Kanalın sahilində yerləşən dəbdəbəli “Ca'Dario” Sarayı "lənətlənmiş" hesab edilir.

 

Dəbdəbəli interyeri, unikal arxitekturası, 1000 kv. m ərazisi, o cümlədən mərmər döşəmələr, Moorish fəvvarəsi və Venesiya üçün 170 kv. m-lik nadir bağı olmasına baxmayaraq, insanları qorxudur. Hazırda 18 milyon avroluq qiymət potensial alıcıları həm cəlb etmir, həm də buna səbəb sarayın qaranlıq keçmişidir.

 

1479-cu ildə venesiya diplomatı Covanni Dario üçün tikilən saray həmin vaxtdan dəbdəbənin simvoluna çevrilib. Ancaq faciələr də məhz o günlərdə baş verməyə başlayıb. İlk sahibin qızı Marietta və əri Vinçenzo müəmmalı şəraitdə ölüb, oğlu isə öldürülüb. O vaxtdan bəri bina davamlı olaraq əldən-ələ keçib, lakin heç kim onu ​​uzun müddət qoruya bilməyib. Demək olar ki, hər bir sahib ya müflis olub, ya da ölüb.

 

1972-ci ildə saray Keyt Lambert tərəfindən alınıb. Tezliklə o da sarayda ruhların varlığını hiss etdiyini iddia etməyə başlayıb. Tezliklə kişi sarayı satışa çıxarıb və başqa yerlərdə gecələyərək ondan uzaq durmağa çalışıb. Lambert daha sonra onu italyan iş adamı Fabrizio Ferrariyə satıb. Ferrari də beyin qanaması keçirərək pilləkənlərdən yıxılaraq ölüb.

 

1993-cü ildə binanı məşhur italyan iş adamı Raul Qardini alıb. Bir neçə ildən sonra intihar edib. Hətta sarayı almaqda maraqlı olan məşhur rejissor Vudi Allen də sonda bu sövdələşmədən imtina edib. Saray 2006-cı ildə kimliyi naməlum qalan yeni sahibi tərəfindən alınaraq ​​genişmiqyaslı bərpaya başlanılıb.

 

Hal-hazırda isə dəbdəbəli “Ca'Dario” Sarayı satışa çıxarılıb və "lənətlənmiş" evin yükünü öz üzərinə götürməyə, Venesiyanın sirli tarixinin bir parçasını qorumağa qərar verəcək birini gözləyir. Romolini daşınmaz əmlak agentliyinin həmtəsisçisi Marta Brunellininin sözlərinə görə, onu satmaq həqiqətən çətindir, çünki reputasiyası alıcıları qorxutmaqda davam edir.

Seçilən
12
sfera.az

1Mənbələr