AZ

ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və "İzzəddin əl-Qəssam Briqadaları"nın üzvü var. Bundan əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və "Qəzzaya silah qaçaqmalçılığı" ilə əlaqəli şəxslər də daxil edilib.

Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.

Seçilən
15
6
ikisahil.az

7Mənbələr