AZ

Seth Onyanqo: COP29-da aparılan müzakirələr nəticəsində real nəticələrin əldə olunacağına ümidvaram

COP29 iqlim konfransının belə yüksək səviyyədə təşkil olunmasından heyrətə gəldim. Bu tədbirin olduqca səliqəli və gözəl təşkil edildiyini düşünürəm. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Bura məndə böyük təəssürat yaratdı. Azərbaycanın Bakı şəhəri gözəl, əhalisi isə çox mehriban və qonaqpərvərdir. Burada insanların gülümsəməsi diqqətimi çəkdi, çünki Almaniyada bu qədər gülümsəyən insanlar görmək çətindir. Ümid edirəm ki, konfransda danışıqların sonunda real nəticələr əldə olunacaq.

Bu sözləri COP29-da iştirak etmək üçün Almaniyadan ölkəmizə gələn jurnalist, “Foundation Philanthropy Advices” təşkilatının nümayəndəsi, “Bed Star Agency”nin redaktoru, əslən keniyalı olan Seth Onyanqo AZƏRTAC-a açıqlamasında deyib.

“Təmsil etdiyim təşkilatın əsas məqsədi Afrikaya dair mövcud stereotipləri dəyişmək və qitəni dünyaya daha obyektiv təqdim etməkdir. Biz Afrikanı daim böhran və zorakılıq xəbərləri ilə gündəmə gətirən media yanaşmasından fərqli olaraq, sadə, rasional, bəzən isə gündəlik çətinliklər və gözəlliklərlə yaşayan insanların vətəni kimi təsvir etməyə çalışırıq. Keniyada iqlim dəyişikliyi ilə bağlı ciddi problemlər var. Məsələn, ölkəmizdə rekord səviyyədə daşqınlar baş verir, bəzi bölgələrdə isə əksinə, quraqlıq müşahidə edilir. Əkinçiliklə məşğul olan insanlar artıq əvvəlki kimi məhsul əkə bilmirlər, çünki hava şəraiti tamamilə dəyişib. Bu, birbaşa iqlim dəyişikliyinin nəticəsidir. Ümid edirəm ki, liderlər bu problemləri həll etmək üçün vəsait ayıracaq və insanların uyğunlaşmasına dəstək olacaqlar. Bu kimi çətinliklərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi çox vacibdir”.

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr