AZ

Millimizin İsveçlə qarşılaşması BAŞLADI

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağıdır. 

Oyun saat 23:45-də başlayıb. 5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. 

Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq.

Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.

UEFA Millətlər Liqası

C Liqası, 6-cı tur

19 noyabr

23:45. İsveç - Azərbaycan - 0:0 (Birinci hissə)

Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)
Solna, “Strouberri Arena”

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr