AZ

Zelenskayanın Lyublyana Universitetindəki çıxışı ləğv edilib

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Sloveniyanın Lyublyana Universitetindəki çıxışı naməlum səbəblərdən ləğv olunub.Bu barədə Sloveniya Teleqraf Agentliyi (STA) məlumat yayıb.

Bildirilib ki, Zelenskaya bu gün ukraynalı tələbələrə köməklik göstərilməsi ilə bağlı fəaliyyətlərlə tanış olmaq üçün Lyublyana Universitetinə səfər edib. Amma onun Siyasi Elmlər fakültəsindəki çıxışı ləğv edilib. 

Məlumata görə, bir qədər əvvəl Ukraynanın birinci xanımı Sloveniya Prezidenti Nataşa Pirk-Musardın əri Aleslə birlikdə Milli Universitetin Kitabxanasında olub. Həmin vaxt naməlum şəxs Moskvanın Rusiya-Ukrayna münaqişəsində qalib gəldiyini qışqırmağa başlayıb.

www.anews.az
Seçilən
16
2
anews.az

3Mənbələr