AZ

“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” adlı təlim keçiriləcək

23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim keçiriləcək.

QHT.az xəbər verir ki, təlim beynəlxalq və yerli ekspertlər tərəfindən Bakı Dövlət Universitində təşkil olunacaq. İştirakçılara Coğrafi İnformasiya Sistemləri (CİS) programları, peyk görüntülərinin tətbiqi, bitki indeksləri analizi, ağac həcmləri və biokütlənin hesablanması, sahə ölçmələrinin nəzəri əsasları və metodları, məlumat bazasının toplanması, məlumatların informasiya texnologiyalarına inteqrasiyası və bu kimi digər vacib mövzularda ətraflı məlumat veriləcək.

Bu sahədə təhsil alan tələbələr, eyni zamanda mövzu üzrə yeni biliklərə yiyələnmək istəyən gənclər https://shorturl.at/Rfv9n link vasitəsilə qeydiyyatdan keçərək təlimdə iştirak imkanı qazana bilər.

Son qeydiyyat tarixi: 22 noyabr 2024

Seçilən
24
qht.az

1Mənbələr