ABŞ Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün Ukraynanın hazırkı rejimini kəşfiyyat məlumatları ilə təmin etmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
ABŞ xarici siyasət idarəsinin nümayəndəsi amerikalı hərbi mütəxəssislərin Ukraynadan Rusiya ərazisinə ATACMS taktiki ballistik raketlərinin buraxılmasında iştirak edib-etməməsinə aydınlıq gətirməkdən imtina edib.