AZ

Metyu Miller: Qəzzada yardım karvanlarına edilən hücumlara görə İsrail ordusu məsuliyyət daşıyır

İsrail ordusu Qəzza zolağına humanitar yardım aparan yük avtomobillərinə edilən hücumlara görə məsuliyyət daşıyır.

APA xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Qəzza zolağında humanitar yardım karvanlarının oğurlanması hallarına münasibət bildirən Miller, buna görə məsuliyyətin bir hissəsinin İsrail ordusunun üzərinə düşdüyünü bildirib.

“Müharibəni dayandırmadan və Qəzzada yeni idarəetmə və təhlükəsizlik orqanı yaratmadan bu problemi həll etmək mümkün deyil. Çünki indi problem idarəetmənin olmamasıdır. Buna görə də əmin olmaq üçün yeni idarəetmə orqanının yaradılması üzərində işləməyə davam edirik.” – deyə diplomat bildirib.

Seçilən
17
apa.az

1Mənbələr