Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından dörd hərbçisini geri çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Jan-Pyer Lakrua jurnalistlər üçün brifinqdə bildirib.
"Belə bir qərar qəbul etmək hər bir üzv dövlətin səlahiyyətindədir", - o, deyib.
Qeyd edək ki, Argentina donor ölkələr arasında sülhməramlı missiyadan hərbçilərini geri çağıran ilk ölkə olub. Bu qərar İsrailin Livandakı əməliyyatı fonunda qəbul edilib.
Müəllif: Teleqraf.com