Kanada əsilli amerikalı aktrisa və model Pamela Anderson makiyajsız çıxıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq materialı Daily Mail dərc edib.
“Baywatch” serialının 57 yaşlı ulduzu ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Deadline Contenders Film Festival 2024”ə qatılıb.
O, köynək, uzun düyməli sviter və büzməli midi ətəkdən ibarət ağ paltarda kameralar qarşısına keçib. Aktrisa sivri burunlu çılpaq stilettolar da geyinib.
Eyni zamanda, məşhur saçlarını aşağı salıb və təbii görünüş nümayiş etdirərək makiyajdan imtina edib.