Hərbi əməliyyatlar zamanı həlak olan və ya itkin düşənlərin ailə üzvləri üçün İrəvanda ictimai nəqliyyatla gediş-gəliş pulsuz olacaq.
News24.az xəbər verir ki, təşəbbüsün müəllifi olan “Xalqın səsi” qrupunun müvafiq qərar layihəsi İrəvan Ağsaqqallar Şurasının çərşənbə axşamı keçirilən iclasında qəbul edilib.
Layihə lehinə 54 səslə qəbul edilib, 1 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Qeyd edək ki, güzəştli paketdən respublika üzrə ümumilikdə 13500 vətəndaş yararlana biləcək.
Günel