Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm.
Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bu günkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm", - Santuş bildirib.
Qeyd edək ki, C Liqasının son matçında Azərbaycan yığması İsveçə 6-0 uduzdu.