AZ

ABŞ Kiyevə kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək

ABŞ Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün Ukraynanın hazırkı hakim rejimini kəşfiyyat məlumatları ilə təmin etməyə davam etmək niyyətindədir.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Amerikalı diplomat ABŞ ordusunun hərbi mütəxəssislərinin Ukraynadan Rusiya ərazisinə ATACMS taktiki ballistik raketlərinin buraxılmasında iştirak edib-etməməsinə aydınlıq gətirməkdən imtina edərək belə deyib:

Mən bu barədə danışmayacağam. Amma ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşıb? Təbii ki, biz bunu etmişik. Biz kəşfiyyat məlumatlarının Ukraynanın döyüş meydanındakı fəaliyyətini yaxşılaşdıracağına inanaraq paylaşdıqmı? Təbii ki, biz bunu etməyi davam etdirəcəyik, - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.

Seçilən
36
apa.az

1Mənbələr