AZ

CNN: Tramp Linda MakMahonu təhsil naziri təyin edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp təhsil naziri postuna onun ilk prezidentliyi dövründə ABŞ Kiçik Biznes Administrasiyasına rəhbərlik etmiş Linda MakMahonun namizədliyini irəli sürə bilər.

APA xəbər verir ki, bu barədə CNN televiziyası mənbələrə istinadən məlumat yayıb.

CNN həmçinin qeyd edir ki, Trampın ətrafı MakMahonun Ticarət Nazirliyinə rəhbərlik edə biləcəyini istisna etməyib.

MakMahon hazırda Hovard Latniklə Trampın keçid komandasına rəhbərlik edir.

Hazırda Təhsil Nazirliyinə Migel Kardona rəhbərlik edir.

Seçilən
12
1
apa.az

2Mənbələr