AZ

Hansı "faydalı" içkilər dişlərə zərər verir? - Britaniyalı həkimdən tövsiyələr

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çay göbələyi (çay, şəkər, maya və bakteriyalardan hazırlanmış fermentləşdirilmiş içkidir - red.) əsasında hazırlanmış kombuça adlı içki, limonlu su, diyetik qazlı içki və mineral su yüksək turşuluq səbəbindən diş minasına zərər verə bilər.
Oxu.Az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, bu barədə Londonun aparıcı stomatoloqu, Britaniya Kosmetik Stomatologiya Akademiyasının keçmiş prezidenti Ceyms Qulnik məlumat verib.
Mütəxəssis həzm sisteminin fəaliyyətini yaxşılaşdırdığı güman edilən içkilərdən - limonlu su və alma sirkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb. Diş həkiminin sözlərinə görə, bu içkilər diş minasını "yumşaltmaq" üçün kifayət qədər turşdurlar, ona görə də, çöp vasitəsilə içmək lazımdır.
Həmçinin qazlı mineral su və şirin qazlı içki də təhlükə yarada bilər. Üstəlik, dişlərin sağlamlığına və görünüşünə tərkibində həm şəkər, həm də süni dadlandırıcılar olan içkilər də zərər verə bilər. Həkimin sözlərinə görə, bir çox qazlı içkilərin pH (hidrogen dəyəri və ya turşuluq səviyyəsi) göstəricisi 5.5-dən çox deyil.
"Onlardan bəzilərinin pH səviyyəsi 2 və ya 3-ə bərabərdir. Bu ekstremal turşuluq dişləri "yeyir", - deyə Qulnik xəbərdar edib.
Bağırsaq mikrobiomunun yaxşılaşdırılması üçün faydalı içki kimi səciyyələndirilən kombuça (çay göbələyi) da çox turşulu ola bilər. Diş həkimi məsləhət görür ki, kombuçanı mağazada alarkən qablaşdırmada göstərilən pH səviyyəsinə diqqət yetirilsin. Həmçinin həkim içkinin şəkər miqdarı çox olan variantlarını da içməyi tövsiyə edib.
Seçilən
63
49
oxu.az

10Mənbələr