AZ

Avropa İttifaqı G20 sammitinin yekun sənədindən narazı qalıb

Aİ liderləri Braziliyanın Ukraynanı müzakirə etmədən G20 kommünikesini qəbul etməsindən narazıdır...

Avropa İttifaqı liderləri Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın Ukraynadakı vəziyyətin müzakirəsinə çox vaxt ayırmamaq və bu barədə kommünike qəbul etmək üçün G20 sammitində danışıqları vaxtından əvvəl bitirmək qərarından narazı qalıblar.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Agentliyin məlumatına görə, yekun mətn noyabrın 18-də Fransa, Almaniya və ABŞ liderlərinin zalda olmadığı plenar iclasda qəbul edilib. Fransa prezidenti Emmanuel Makron vəziyyəti şərh edərkən bildirib ki, kommünikenin mətni Ukraynadakı münaqişə ilə bağlı “daha açıq” olsa, faydalı ola bilər.

Reuters qeyd edib ki, Almaniya kansleri Olaf Şolts da G20 kommünikesində Ukraynadakı “Rusiyanın hərbi əməliyyatlara görə məsuliyyəti” qeyd edilməməsindən təəssüflənib.

Braziliyalı diplomatlar izah ediblər ki, yekun sənədin təsdiqinə tələsmə, müzakirənin ayrı-ayrı iştirakçılarının mətnin sərtləşdirilməsi ilə bağlı xahişlərinə baxmayaraq, təşkilatçıların kommunike üzrə mümkün müzakirəni gecikdirməmək istəyi ilə bağlıdır.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr