AZ

Tramp Təhsil və Ticarət nazirliklərinə namizədlərin adlarını açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdəki ilk müddətində Kiçik Biznes Administrasiyasına rəhbərlik etmiş Linda MakMeonun təhsil naziri vəzifəsinə namizədliyini irəli sürüb...

Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, bu vəzifəyə iddialı olan investor və sahibkar Hovard Latnik Amerika Ticarət Departamentinə rəhbərlik edə bilər.

Linda McMeon Şərqi Karolina Universitetində oxuyub. O, biznes məsləhətçisi kimi böyük təcrübəyə malikdir, 76 yaşlı sahibkar əvvəllər Amerika peşəkar güləş assosiasiyası “World Wrestling Entertainment”ə (WWE) icraçı direktor kimi rəhbərlik edib. Xanım MakMeon 2009-cu ildə Konnektikut Ştatının Təhsil Şurasında çalışıb və sonra bir neçə il Konnektikutdakı “Sacred Heart” Universitetinin Qəyyumlar Şurasında xidmət edib.

Associated Press qeyd edib ki, özəl məktəblərin və təhsil müəssisəsinin azad seçiminin tərəfdarı kimi çıxış etsə də, iş qadını təhsil dairələrində elə də çox tanınmır.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr