Ukraynada Amerikanın 50-yə yaxın uzaqmənzilli ATACMS raketləri var...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti yazıb. Lakin ABŞ Müdafiə Nazirliyi Kiyevdə bu raketlərin dəqiq sayı barədə məlumat verməyib.
“Pentaqon heç bir rəqəm təqdim etməsə də, Ukrayna hökumətinin hazırda cəmi 50-yə yaxın raketə sahib olduğu güman edilir”, deyə The Times vurğulayır. Qeyd olunur ki, Kiyev məhdud təchizat səbəbindən Amerika istehsalı olan uzaqmənzilli raketlərin çatışmazlığını yaşayır.
Rusiya Müdafiə Nazirliyi bir gün əvvəl Amerikanın uzaqmənzilli raketlərinin Bryansk bölgəsinə hücumu barədə məlumat yayıb. Dünən ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Amerika hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə bu raketləri vurmasına qoyulan qadağanın götürülməsini təsdiqləyən ilk nümayəndəsi olub.
Poliqon.info