AZ

İraq vətəndaşları Türkiyədə 11 min daşınmaz əmlak alıb

2024-cü ilin yanvar-oktyabr aylarında İraq vətəndaşları Türkiyədə 11 min daşınmaz əmlak alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 722 obyekt azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

2024-cü ilin oktyabr ayında İraq vətəndaşları Türkiyədə 124 daşınmaz əmlak alıblar, bu isə 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 10 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyədə ümumilikdə 165 min 138 mənzil satın alınıb, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 76,1 faiz artım deməkdir.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Türkiyədə 1 milyon 112 min 374 mənzil alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.

2024-cü ilin oktyabr ayında xarici vətəndaşlara Türkiyədə 2 min 122 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,3 faiz azalma təşkil edir.

Bu ilin yanvar-oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 19 min 212 mənzil alıblar, bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalıb.

Fuad Mədətov
Fins.az

Seçilən
20
26
fins.az

10Mənbələr