Ukrayna prezidenti Vladimir Zelenski Danimarkanın baş naziri ilə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna uzaqmənzilli silahlara malikdir. Bununla belə o, Bryansk yaxınlığındakı Rusiya sursat anbarına hücumun ATACMS tərəfindən həyata keçirilib-keçirilmədiyini təsdiqləməyib.
“Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, Neptun raketləri və ATACMS var. Biz bütün bunlardan istifadə edəcəyik”, – Zelenski Danimarkanın baş naziri Mette Fredriksen ilə birgə mətbuat konfransı zamanı deyib.
Britaniyanın “The Times” qəzeti Ukraynanın 50-yə yaxın ATACMS raketinə malik olduğunu yazır.
Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər buraxılış qurğuları var, lakin raketləri azdır.
Oxuməni.az