AZ

Uzun zamandan sonra ailəsini üzə çıxardı

Dünya pop səhnəsinin ulduzu Kristina Aqilera sevgilisi Metyu Ratler və uşaqları ilə çəkdirdiyi yeni fotoları ilə gündəmə gəlib. 

OLAY yazır ki, sözügedən şəkilləri sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Görüntülərdə Ratlerdən qızı Sammer və Cordan Bratmanla ilk evliliyindən olan oğlu Maks da yer alıb. 

Fotolar müğənninin son istirahəti zamanı çəkilib.

Son zamanlar 43 yaşlı pop ulduz həddindən artıq arıqlaması və diabet dərmanı “Ozempic” qəbul etməsindən şübhələndiyi üçün sosial şəbəkədə tez-tez müzakirə olunur. 

Kristinanın birdən birə bu qədər çəki ataraq arıqlaması sağlamlıq baxımından izsiz ötüşməyib. Dərmanı qəbul etdikdən sonra ulduzun libidosu azalıb. Aqileraya yaxın mənbənin sözlərinə görə, müğənni sekslə məşğul olmaq üçün “əhval-ruhiyyədə deyil” və bu, Metyu ilə münasibətlərinə təsir edir, o, bütün bunları dramatik çəki itirməsində günahlandırır. 

Müğənnin özü hər hansı digər arıqlama dərmanlarını qəbul etməyi inkar etsə də, libidonun azalması bu dərmanı qəbul etməyin mümkün yan təsirlərindən biri ola bilər.

İstifadəçilər də bunun Aqileranın fiziki sağlamlığına təsir edə biləcəyinə inanırlar. 

Qeyd edək ki, 2005-ci ildə Aqilera 2003-cü ildən bəri görüşdüyü marketinq mütəxəssisi Cordan Bratman ilə evlənib. 12 yanvar 2008-ci ildə müğənni ilk övladını, indi 16 yaşında olan oğlu Maks Lairon Bratmanı dünyaya gətirib. Üç il sonra cütlük boşanıb. İndi sənətçi 39 yaşlı kino prodüseri Metyu Ratler ilə münasibətdədir, cütlük 10 yaşlı Sammer Rain Ratler adlı qızı böyüdür.

Seçilən
24
olay.az

1Mənbələr