Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kərim Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu il Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində qeydə alınıb.
Belə ki, Kərim Hacıyevin qonşusu, zərərçəkmiş Akif Nəbiyevlə (şərti) aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bu zaman o, yerdən götürdüyü daş parçası ilə zərərçəkmiş şəxsin alnının sağ tərəfindən vuraraq, ona sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib.
Hadisədən sonra Kərim Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Təqsirləndirilən şəxs metal tullantıları yığaraq satmaqla məşğul olur.
Kamal Məmmədov