AZ

Qırğızıstanda gecə saatlarında zəlzələ baş verib

2024-cü il noyabrın 20-nə keçən gecə Qırğızıstanın cənubunda zəlzələ baş verib.

“İki sahil”in Zakon.kz-a istinadən verdiyi məlumatına görə, zəlzələnin gücü 4 bala çatıb.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələnin episentri Almatıdan 689 kilometr cənub-qərbdə yerləşib. Qazaxıstan sakinləri zəlzələ hiss etməyiblər.

Həmçinin Leylek, Ravat, Qara-Suu, Korqon, Katran, Korqon kəndlərində 3,5, Berik-Suu, Qızıl-Şərba kəndlərində 3 bal gücündə zəəlzələ baş verib.

İlkin məlumata görə, xoşbəxtlikdən tələfat və dağıntı yoxdur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
22
ikisahil.az

1Mənbələr