AZ

Rusiyaya kütləvi dron hücumu - Moskvaya çatıblar!

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, noyabrın 20-nə keçən gecə ərzində Rusiya Federasiyasının bölgələri üzərində Ukrayna ordusuna məxsus 44 ədəd təyyarə tipli PUA Rusiyanın HHM sistemləri tərəfindən vurulub. Dronlardan 20 ədədinin hücumu Novqorod vilayətinin, 5 ədəd Kursk səmasında dəf edilib. Moskva, Bryansk və Smolensk vilayətlərinin hərəsinin üzərində 2 ədəd, Belqorod, Tula, Tver vilayətlərinin hərəsinin üzərində 3 ədəd, Orlov vilayətinin üzərində isə 4 ədəd PUA vurulub.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat verib.

Hürr Tərcüman

 

Seçilən
17
hurriyyet.az

1Mənbələr