AZ

27 yaşlı oyunçu Maradonanın rekordunu qırır

Argentinalı hücumçu Lautaro Martines yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

Bakupost.az xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.

Matçın 55-ci dəqiqəsində Lionel Messinin ötürməsindən sonra hesabı açan 27 yaşlı ön xətt oyunçusu qollarının sayını 32-yə çatdırıb.

Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

Qeyd edək ki, Argentina - Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Seçilən
23
bakupost.az

1Mənbələr