AZ

Saçları yuyarkən edilən bu səhv ölümlə nəticələnə bilər

Hindistanlı neyrocərrah Dr. Arun Naik saçları yuyarkən başın arxaya əyilməsinin damarları sıxaraq ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, damarların uzun müddət əzilməsinin ölümlə nəticələnə biləcəyini ifadə edən mütəxəssis, xüsusilə yüksək təzyiq, şəkər və ya boyun xəstəliyi olanların daha çox risk altında olduğunu ifadə edib.

Tibb aləmində “gözəllik salonu iflic sindromu” adlandırılan bu xəstəlik ilk dəfə 1993-cü ildə ABŞ-da müşahidə olunub. O vaxtdan bəri bir çox insan damarların zədələnməsi nəticəsində iflic olub.

Mütəxəssislər saçları bərbərdə yuyarkən boynun adekvat şəkildə dəstəklənməsinə əmin olmağı tövsiyə edir.

Bu sindromun xüsusilə gənclər arasında yaygın olduğunu bildirən Dr. Peter Qloviczki bildirib ki, boyundan beyinə keçən əsas damarlardakı qopmalar da fəlakətə çağırır.

Günel Məlikzadə

Seçilən
11
1
news24.az

2Mənbələr