Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Reallıq ondan ibarətdir ki, birincisi, konvensiyanın beşinci mərhələsinin müddəti hesanatda təqdim olunan hadisələrin baş verdiyi müddətlə üst-üstə düşmür. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağın erməni sakinlərinə qucaq açmış, həmin sakinlərin inteqrasiyası üçün bütün tədbirləri görəcəyini demiş, onların hüquq və təhlükəsizliklərinin təminatçısı rolunda çıxış etmişdir. Həmin ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Azərbaycanın isə burada heç bir rolu olmayıb. Bütün bunlar qeyd olunmayıb, Azərbaycana qarşı işğal siyasətinə, Azərbaycanlı bir milyondan artıq məcburi köçkünün öz dədə-baba yurdlarından qovulmasına toxunulmayıb. Ümumiyyətlə konvensiyanın məşvərət komitəsinin hesabatının mətni bir daha onu göstərir ki, bu qurum bəlli ermənipərəst qüvvələrin təsiri dairəsindədir. Azərbaycan bu konvensiyanı imzalayan ilk ölkələrdən biri olub. Halbuki bu konvensiyanı hələ də imzalamayan Fransa kimi ölkələr var. Eyni zamanda milli azlıqlara qarşı böyük təqiblərin, ayrı-seçkiliklərin baş verdiyi ölkələr var. Azərbaycan bütün xalqların uzun illər ərzində sülh şəraitində yaşadığı bir ölkədir. Xalqların maraqlarına, istəklərinə, hüquqlarına ölkəmizdə həmişə hörmətlə yanaşılıb. Multikulturalizm və dini, etnik tolerantlıq mərkəzlərindən olan Azərbaycana qarşı bu kimi qarayaxma kampaniyası bir daha Şuranın bəlli məqsədlərə xidmət edən məkrli siyasətinin nümunəsidir".
Zeynəb Rzayeva