AZ

İran bu silaha sahib olmağa çox yaxındır – Sabiq baş nazir

İsrailin keçmiş baş naziri Ehud Barak İranın nüvə silahına sahib olmağa çox yaxın olduğunu düşünür.

News24.az xəbər verir ki, bu barədə Ehud Barak “Politico” qəzetinə verdiyi müsahibədə bildirib. 

“İran faktiki olaraq nüvə dövləti olmaq ərəfəsindədir”, - deyə o bildirib.

Onun sözlərinə görə, İranın nüvə başlığı yaratması üçün bir neçə gün və ya bir neçə həftə lazım olacaq və bu başlığı “silah” halına gətirmək üçün isə 9 aydan bir ilə qədər vaxt tələb olunacaq.

Keçmiş baş nazir İsrail hökumətinin başçısı Binyamin Netanyahunun İranla qarşıdurmanı artıraraq nüvə obyektlərinə zərbə endirməyi düşünə biləcəyini istisna etmir. Lakin bu addımı atmaqdan onu ABŞ prezidenti Co Baydenin çəkindirdiyi görünür. Barak Ağ Evin yeni rəhbəri Donald Trampın da eyni mövqedə olacağını düşünür.

Əvvəllər bildirilmişdi ki, Tehran bu həftə beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qərarına qarşı Qərb ölkələri tərəfindən hazırlanmış qətnaməni qəbul etməməsi halında 60%-dək zənginləşdirilmiş uran ehtiyatlarını artırmağa davam etməkdən imtina edə bilər. 

“Reuters” agentliyi məlumat verib ki, İran artıq zənginləşdirilmiş uranın ehtiyatını azaltmaq üçün hazırlıq işləri aparıb. 60%-dək zənginləşdirilmiş UF6 (uran heksaflorid) ehtiyatları avqustdan bəri 164,7 kq-dan 182,3 kq-a yüksəlib.

Əvvəlki məlumatlara görə, İranın xarici işlər naziri Abbas Əraqçi MAQATE-nin qəbul edəcəyi və Tehran tərəfindən düşmən mövqeyi kimi qiymətləndirilən qətnaməyə qarşı uyğun tədbirlər alacaqlarını bildirib.

İran ABŞ və Avropa Birliyinin ölkənin nüvə proqramına yanaşmasını düşmən yanaşma kimi qiymətləndirir. Bu ölkələr İranı MAQATE ilə kifayət qədər əməkdaşlıq etməməkdə ittiham edirlər. 

Aynurə

Seçilən
18
news24.az

1Mənbələr