AZ

"Rusiya-Çin münasibətləri görünməmiş inkişaf mərhələsindədir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə görüşündə Rusiya ilə Çin arasında strateji münasibətlərin görünməmiş inkişaf səviyyəsinə çatdığını bəyan edib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Lavrov Rio-de-Janeyroda keçirilən G20 Liderlər Sammiti çərçivəsində söyləyib.

Lavrov bu vəziyyəti belə ifadə edib:

"Biz həqiqətən də hərtərəfli tərəfdaşlığa əsaslanan strateji münasibətlərimizin inkişafında görünməmiş mərhələdəyik. Bunu Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında müntəzəm təmaslar təsdiqləyir. Bütün bunlar mütləq ölkələrimizin marağındadır, milli iqtisadiyyatların artmasına və vətəndaşların rifahına töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
2
olaylar.az

10Mənbələr