AZ

Pentaqon Ukraynaya 275 milyonluq yeni yardım ayıracaq

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar həcmində yeni hərbi yardım paketi ayırmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu abrədə məlumatı öz mənbələrinə istinadən “Associated Press” agentliyi yayıb. 

Bildirilib ki, sözügedən yardım paketinə hava hücumundan müdafiə vasitələri, “HIMARS” reaktiv yaylım atəşi sistemləri, eləcə də 105 və 155 mm kalibrli mərmilər, “Javelin” tankəleyhinə komplekslər, digər avadanlıqlar və onların ehtiyat hissələri daxildir.

Seçilən
5
1
qafqazinfo.az

2Mənbələr