AZ

Berbok: Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik

İqlim böhranı indiki dövrün təhlükəsizlik siyasətinin ən böyük çağırışıdır.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"O, sərhədlərdə dayanmır və seçki tarixləri ilə maraqlanmır. Bilirik ki, 1,5 dərəcə yoluna çıxmaq üçün mümkün olan hər şeyi etməliyik. COP29-dakı danışıqlar indiyədək heç də asan olmayıb. Biz Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik. Yalnız birlikdə irəli gedə bilərik", - o vurğulayıb.

A.Berbok qeyd edib ki, Almaniya və Avropa qlobal iqlim keçidinin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır: "Lakin istixana qazı emissiya edən iri ölkələr məsuliyyət daşımalı və emissiyaların azaldılması, həmçinin iqlim maliyyələşdirilməsi sahəsində işləməlidirlər".

Seçilən
14
4
report.az

5Mənbələr