AZ

Azərbaycan AQEM-in prioritet sahəsində koordinasiya edən əsas ölkə rolunu oynayır

Bakı. Trend:

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirənin (AQEM) prioritet sahələrindən biri olan təhlükəsizvə səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişafındakoordinasiya edən əsas ölkə rolunu oynayır.

Trend xəbər verir ki, bubarədə AQEM-in baş katibinin müavini Çjan Lin COP29 çərçivəsindəkeçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzvdövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz,səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinintəmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədəbildirib.

"Azərbaycan AQEM-in prioritet sahələrindən biri olan təhlükəsizvə səmərəli nəqliyyat dəhlizlərinin inkişafında koordinasiya edənəsas ölkə rolunu oynayır. Avropa ilə Asiyanı birləşdirən vacibtranzit mərkəzi kimi Azərbaycan dayanıqlı qarşılıqlı əlaqənintransformasiya potensialını nümayiş etdirir", - deyə Çjan Linbildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr