AZ

Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev

Bakı.Trend:

COP tarixində ilk dəfə olaraq turizm tədbirini gündəminə daxiledib.

Trend xəbər verir ki, bunuAzərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlimFəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə deyib.

O bildirib ki, qlobal turistlərin sayı artmaqda davam edir. Busəbəbdən təcili tədbirlər görülməzsə, turizm sektorunda daemissiyalar arta bilər.

"Bu gün biz bir yol ayrıcındayıq. Turizm sektoru ya biznesin adigedişatını davam etdirə bilər, ya da aşağı karbonlu və bərpaedicigələcəyə keçidi təmin edə bilər. Biz inanırıq ki, turizm həllin birhissəsi ola bilər.
COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlimFəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarınainteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək”,- deyə oqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
33
2
az.trend.az

3Mənbələr