AZ

İran uranın zənginləşdirilməsini dayandırır

İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı dayandırmağa hazır olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin məxfi hesabatlarına istinadla məlumat verib.

Məlumata görə, Tehran həmçinin öz ərazisində yoxlamalar aparılması üçün MAQATE-nin dörd əlavə inspektorunun akkreditasiyasını müzakirə etməyə hazır olduğunu da bildirib.

Bildirilib ki, ehtiyatların məhdudlaşdırılması məsələsi keçən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Tehran zənginləşdirməni dayandırmaq üçün hazırlıq işlərinə artıq başlayıb.

Qeyd edək ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 182,3 kiloqrama çatıb.

Seçilən
33
2
axar.az

3Mənbələr